Zəhər saçan QİDALAR: “Yayda bu məhsullardan uzaq durun” – Ekspertdən XƏBƏRDARLIQ
“Yay fəslində yüksək riskli qida məhsullarından uzaq durmaq lazımdır. Əks halda zəhərlənmələr qaçılmaz olacaq”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib
Ekspert istiyə həssas olan qida məhsullarından istifadə edərkən insanları diqqətli olmağa çağırıb:
“Qidalar risk dərəcələrinə görə bölünürlər: yüksək, orta və az riskli qidalar. Yüksək riskli qidalar göbələklər, balıqlar, konservlər, turşulardır. Zəhərlənmələr daha çox bu qidalardan baş verir. Mayonezlər bu sırada birinci gəlir. İstiyə həssas olan bu məhsuldan istifadə edərkən diqqətli olmaq lazımdır. Xüsusən yay aylarında daha çox zəhərlənmələrə səbəb olur. Sadaladığım bu məhsulları alarkən mütləq şəkildə yararlılıq müddətinə fikir vermək lazımdır. Mümkün qədər bu qidalardan çəkinmək lazımdır və daha çox mövsümü tərəvəzlərə və meyvələrə üstünlük verilməlidir”.
Cəvahir