Zəhərlənən tələbə qızların vəziyyəti ilə bağlı nazirlikdən AÇIQLAMA

media-hightechnic-468x90

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir.

Bu barədə Yenicag.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olmuş Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Onların müalicələri stasionar şəraitdə davam etdirilir.

Qızların zəhərlənmə səbəbləri hələlik dəqiq müəyyən edilməyib.

Xatırladaq ki, hadisə zamanı bir nəfərin ölməsi, iki nəfərin isə zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.07.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa