Zelenski müharibədə ölən hərbçilərin sayını açıqladı

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski indiyədək müharibədə 43 min hərbçinin həlak olduğunu açıqlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə dövlət başçısı teleqramda bildirib.

Eyni zamanda, o, 370 min yaralıya yardım göstərildiyini deyib. Zelenskinin sözlərinə görə, yaralıların 50 %-i xidmətə qayıdır.

“Rusiya ordusu ilə Ukrayna Müdafiə Qüvvələri arasındakı əsas fərqlərdən biri cəbhədəki səhiyyənin inkişaf səviyyəsidir ki, bu da bizim ordumuzda əhəmiyyətli dərəcədə yüksəkdir”, – Prezident bildirib.

O qeyd edib ki, 2024-cü ilin sentyabrından Rusiya “döyüş meydanında bizə qarşı 5 və hətta 6-ya 1 nisbətində insan itirir”. İndi Rusiyanın itkiləri 750 min nəfəri keçib: 198 min ölü və 550 mindən çox yaralı./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05