Roma Papası Fransisk cümə günü Vatikanda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.
Tərəflər dörd ildən sonra ilk dəfə təkbətək bir araya gəliblər. Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Papa və Ukrayna prezidentinin mətbuata qapalı şəraitdə keçirilən görüşü təxminən 35 dəqiqə çəkib. Görüşdən sonra Roma Papası Zelenskiyə üzərində “Sülh zərif çiçəkdir” yazılmış bürünc relyef əsərini hədiyyə edib.
Ukrayna prezidenti isə Roma Papası Fransiskə Kiyevin Buça şəhərində xarabalıqlar arasında qaçan uşağın təsviri olan yağlı boya ilə çəkilmiş rəsm hədiyyə edib. Zelenski bir müddətdir ki, Ukraynanın “qələbə planı”nı müzakirə etmək üçün Qərb ölkələrinə bir-bir səfər edir.
Xatırladq ki, Roma Papası bir müddət əvvəl Ukraynanın Rusiya ilə dialoqa başlamağı üçün “ağ bayraq” qaldırmalı olduğunu deyib. Bu bəyanat Ukraynada etiraz səbəb olub və Zelenski Papanın “qoca” olduğunu söyləyib.
Nəsimi Ələsgərli
www.yenicag.az