Zelenskidən Əraqçıya: Fərqli cəbhələrdən eyni mesaj: “İlham Əliyev çətin anların lideridir”

media-hightechnic-468x90

Günəşin üzərini nə qədər palçıqla sıvasan da, sonunda uduzan palçığa batanlar olur və heç bir güc çıxan günəşin önünü kəsə bilmir. İllərdən bəri Azərbaycana qarşı linç kampaniyaları aparılır. Təkcə ölkə içindən deyil, ölkə xaricindən də müxtəlif güc mərkəzləri ölkəmiz, xüsusilə də ölkənin lideri İlham Əliyev əleyhinə kampaniyaları davam etdirirlər. Təəssüf ki, bəzən qardaş ölkələrin də mirzələri bu axına qatılır, İlham Əliyev haqqında çirkin kampaniyalarda iştirak edirlər.

media-banner_tkm

Halbuki hər linçin ömrü əslində həqiqət meydana çıxana qədərdir. Həqiqəti isə heç kim sonuna qədər gizlədə bilmir.

Xüsusilə Fələstin, Ukrayna və İran ətrafında yaranan böhranlar zamanı bu ittihamlar daha da gücləndirilib. Az qala müharibəni başladanlar, günahsız insan qanı axıdanlar bir tərəfdə qalıb, Azərbaycan lideri hər üç məsələdə ağır ittihamlara məruz qalıb. Lakin beynəlxalq münasibətlərdə əsas meyar söz yox, fakt olur. Və faktlara baxanda tam başqa mənzərə ortaya çıxır: Azərbaycan və onun lideri İlham Əliyev hər dəfə seçim qarşısında qalanda ehtiyacı olanın, işğala məruz qalanın və humanitar böhran yaşayan xalqın yanında dayanıb.

Gürcüstan üçün verilən riskli, ancaq prinsipial qərar

Bunu ilk növbədə 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsi açıq şəkildə göstərdi. O dövrdə Azərbaycan indiki kimi güclü deyildi, ölkənin öz torpaqları Ermənistanın işğalı altında idi və regionda ciddi təhlükəsizlik riskləri mövcud idi. Buna baxmayaraq, İlham Əliyev Gürcüstanın yanında dayanmaq qərarı verdi. Azərbaycan sərhədlərini açdı, Gürcüstandan gələn yaralı və mülki şəxslər Gəncə və Qazax xəstəxanalarında yerləşdirildi, humanitar yardım fasiləsiz şəkildə Tbilisiyə göndərildi. Bu addım siyasi baxımdan riskli idi, çünki regionda əsas hərbi güc Rusiya idi. Amma Azərbaycan geri çəkilmədi. Çünki həmin qərarın əsasında geosiyasi hesab yox, humanitar prinsip dayanırdı – işğala məruz qalanın yanında olmaq. Bunu dönəmin Gürcüstan prezidenti Mixail Saakaşvili dəfələrlə çıxışında vurğulayıb. Saakaşvili dəfələrlə İlham Əliyevi Qafqazın şərəfini qoruyan ən böyük azərbaycanlı və qafqazlı olduğuna diqqət çəkib.

media-photo-output

 

Fələstin: İttihamları darmadağın edən rəqəmlərlə danışan yardım

Eyni yanaşma Fələstin məsələsində də özünü göstərdi. Fələstində müharibə başlayandan sonra bəzi dairələr, xüsusilə sosial şəbəkələrdə və müəyyən siyasi qruplar tərəfindən Azərbaycana və şəxsən İlham Əliyevə qarşı ittihamlar səsləndirildi. Deyildi ki, Azərbaycan guya İsrailin tərəfindədir və Fələstin xalqına dəstək vermir. Hətta elə iddialar səsləndirildi ki, Azərbaycan az qala Fələstində baş verən hadisələrə görə məsuliyyət daşıyır. Qardaş Türkiyədə Adəm Özkösə, Nurəddin Şirin kimi iranoidlər aksiyalar keçirdilər.

media-img_1885

Lakin Fələstinin öz mediası bu ittihamları təkzib edən faktlar ortaya qoydu. Fələstinin rəsmi informasiya agentliyi və “Əl-Qüds” qəzeti yazdı ki, Azərbaycan Fələstin xalqına 2 milyon ABŞ dolları məbləğində humanitar yardım ayırıb və Qəzzada 600 şagird yerlik məktəbin tikintisini maliyyələşdirməyi öz üzərinə götürüb. Bundan əlavə, Azərbaycan BMT-nin Yaxın Şərq Agentliyinə — UNRWA-ya 632 min ABŞ dolları vəsait ayırıb və bu vəsait 30 mindən çox qaçqının qida, su, sosial və psixoloji ehtiyaclarının qarşılanmasına yönəldilib. Bu faktlar göstərir ki, ittihamlar siyasi ola bilər, amma humanitar yardım konkret rəqəmlərlə ölçülür.

Ukrayna müharibəsi: Risklərə baxmayaraq davam edən dəstək

media-img_1887Oxşar vəziyyət Rusiya Ukraynaya hücum edəndə də yaşandı. Həmin dövrdə Azərbaycana qarşı yeni ittihamlar ortaya atıldı. Bəzi dairələr iddia etdi ki, Azərbaycan guya Rusiya ilə əməkdaşlıq etdiyi üçün Ukraynanın yanında deyil. Lakin Ukraynanın Prezidenti Volodimir Zelenski açıq şəkildə bu iddiaların əksini ifadə etdi. O, rəsmi sosial media hesabında yazdı:

“Ukraynanın ehtiyacları üçün enerji avadanlığının alınmasına görə yardımın ayrılması qərarını alqışlayıram. Dost Azərbaycanın bu dəstəyi davamlı hücumlar qarşısında Ukraynanın enerji kompleksinin sabitliyini təmin etmək üçün vacibdir.”

media-img_1884Bu bəyanat sadəcə diplomatik təşəkkür deyildi. Bu, müharibə şəraitində olan bir dövlət rəhbərinin konkret yardım üçün verdiyi açıq qiymətləndirmə idi. Üstəlik, Azərbaycan Ukraynaya humanitar və enerji yardımı göstərdiyi üçün risklərlə də üzləşdi. Müharibə dövründə Azərbaycanın Ukraynadakı obyektləri, o cümlədən yanacaq doldurma məntəqələri hücumlara məruz qaldı. Bu fakt bir daha göstərdi ki, Azərbaycan yardım etdiyi zaman qarşı tərəfin kim olmasına baxmır, ehtiyacın olmasına baxır.

İran ittihamı: Əraqçının tviti ilə ortaya çıxan gerçək qonşuluq

media-img_1883
Screenshot

İran məsələsində də eyni mənzərə müşahidə olundu. Regionda gərginlik yarananda bəzi dairələr yenidən Azərbaycanı və İlham Əliyevi hədəfə aldı, iddia etdilər ki, Azərbaycan guya İrana qarşı düşmən mövqedədir. Hətta FETÖ bülbülü olan Şamil Tayyar və digərləri iddia etdilər ki, Azərbaycan İsrailə dəstək üçün İranın Naxçıvanı dronla vurmasını bəhanə edir.

Lakin hadisələrin gedişi bu iddiaları təkzib etdi. İranın xarici işlər naziri Seyid Abbas Əraqçı rəsmi şəkildə Azərbaycan hökumətinə və xalqına təşəkkür edərək bildirdi:

“Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm.”

media-img_1889Bu sözlər bir daha göstərdi ki, ittiham edənlər hansı nəğməni nəqarət etsələr də, faktlar və real münasibətlər başqadır.

Humanitar məsuliyyət xətti: təsadüf yox, ardıcıl siyasət

Bütün bu hadisələrə birlikdə baxanda aydın olur ki, İlham Əliyevin siyasətində ortaq bir xətt var və bu xətt humanitar məsuliyyət prinsipinə əsaslanır. Azərbaycan siyasi risklərdən çəkinmədən Gürcüstanın yanında dayanıb, humanitar böhran zamanı Fələstinə yardım edib, müharibə şəraitində Ukraynanın enerji sisteminin bərpasına dəstək verib, regionda gərginlik dövründə isə İrana humanitar yardımın çatdırılmasına şərait yaradıb. Bu siyasət təsadüfi qərarların nəticəsi deyil, ardıcıl və prinsipial dövlət yanaşmasının nəticəsidir.

Tarixin yaddaşı: ittihamlar yox olur, faktlar qalır

Bu gün Azərbaycana və İlham Əliyevə qarşı müxtəlif ittihamlar səsləndirilir. Amma tarixdə həmişə bir qayda işləyib: ittihamlar zamanla unudulur, faktlar isə qalır. Və bu faktlar göstərir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər dəfə seçim qarşısında qalanda güclünün yox, ehtiyacı olanın və haqsızlığa məruz qalanın yanında dayanıb.

Çünki səs-küy bir gün səngiyir, amma edilən yaxşılıq tarixdən silinmir. Palçıq atmaq olar, amma vicdanla yazılmış tarixi ləkələmək mümkün deyil. Gün gəlir, həqiqət yenidən üzə çıxır və hər şey öz adı ilə çağırılır. Və o zaman məlum olur ki, güc təkcə silahda deyil, ədalətin və mərhəmətin tərəfində dayanmaq cəsarətindədir.

İlham Əliyev də məhz belə bir liderdir. O təkcə öz xalqını qalib xalq edib, zəfərlə millətini taclandırmadı. O, həm də qonşularına da, ehtiyacı olanlara da ən ağır anlarında yardım əlini uzadaraq, Azərbaycanın humanist üzünü də bütün dünyaya sərgilədi. Bir çoxları dünya liderliyinə iddialı ola bilərlər. Ancaq İlham Əliyev səssiz, sədasız, atdığı humanist addımlarla yardıma möhtac xalqların qəlbində çoxdan taxtını qurub.

Biriləri istəsə də, istəməsə də…

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05