Zelenskinin BMT-dən istəyi: “Rusiyanın cəzası “sülh formulu”nun bir hissəsi olmalıdır”

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının sessiyasında görüntülü çıxış edib.

O, çıxışında Rusiyanı dünya təşkilatının Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb.

“Nə qədər ki, təcavüzkar ölkə beynəlxalq təşkilatlarda qərarların qəbulu prosesində iştirak edir, o, ən azından, təcavüz davam etdiyi müddətdə təcrid olunmalıdır. BMT Təhlükəsizlik Şurasının üzvü olduğu halda onu səsvermə hüququndan, nümayəndə heyətləri göndərmək hüququndan, veto hüququndan məhrum etmək lazımdır”, – deyə Zelenski qeyd edib.

Ukrayna liderinin sözlərinə görə, Rusiyanın cəzası “sülh formulu”nun bir hissəsi olmalıdır. Bu formul beynəlxalq təşkilatlarda təcridlə yanaşı, müxtəlif sanksiyaları, ticarətin bloklanmasını və dəymiş ziyanın ödənilməsini nəzərdə tutur./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600