!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəlzələdən sağ çıxan 2 ailə yanğında ÖLDÜ

!Reklam – Yazi

Konyada fərdi yaşayış evinin damının uçması nəticəsində zəlzələ qurbanı olduğu öyrənilən 7 xarici ölkə vətəndaşı həyatını itirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Belə ki, iki suriyalı ailənin qaldığı fərdi evdə yanğın baş verib. Vəziyyətin bildirilməsi ilə hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən göndərilib. Yanğınsöndürənlərin yanğına müdaxiləsi zamanı evin dam örtüyü dağılıb. Söndürmə işlərindən sonra hadisə yerindən 7 nəfərin cəsədini tapılıb.

Digər tərəfdən evdə kirayəçi kimi yaşayan ailənin iki üzvü yaralanaraq təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Yanğınsöndürmə briqadası tərəfindən dağıntılar altından çıxarılan cəsədlər Konya Şəhər Xəstəxanası morquna aparılıb.

Məlum olub ki, zəlzələ qurbanı olan ailələr Qaziantepin Nurdağı rayonundan Konyaya köçübmüş.

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv