Zəngəzur dəhlizi, Qərb səfərləri və Rusiya AMİLİ – Paşinyanın yeni marşrutu BƏLLİ OLDU

media-hightechnic-468x90

“Mən Əbu-Dabidə keçirilən prosesi son dərəcə müsbət qiymətləndirirəm. Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin mümkün qədər tez imzalanması üçün zəruri olan bütün addımları atmağa hazır görünür”.

Bunu Yenicag.az-a açıqlamasında britaniyalı analitik Neil Uotson deyib.

media-neil-1674885124

Siyasi təhlilçi Əbu-Dabi görüşünün ardından Ermənistanın Baş naziri Nikol Paşinyanın sürpriz Paris və Brüssel səfərləri, eləcə də rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı yanaşmasındakı dəyişikliyi şərh edib.

Onun sözlərinə görə, aydındır ki, Əbu-Dabi sammiti Azərbaycanın danışıqlar prosesində əsas söz sahibi olduğunu bir daha nümayiş etdirdi:

“Xüsusilə də Rusiya, İran, Fransa və digər öz maraqlarını güdən üçüncü tərəflərin Ermənistanı dəstəkləməkdən geri çəkildiyi bir şəraitdə bu görüş baş tutdu. Ermənistan və Azərbaycanın Rusiyadan tamamilə üz döndərməsi, Rusiyanın isə Ukrayna müharibəsinə diqqətini yönəltməsi onun bölgədəki təsirini rekord səviyyədə azaldıb. Zəngəzur dəhlizinin ABŞ tərəfindən idarə olunması ehtimalı isə heç də ideal görünmür. ABŞ yalnız öz maraqlarına xidmət edən vəziyyətlərə müdaxilə edir. Mən yalnız təsəvvür edə bilərəm ki, prezident Tramp Azərbaycanın enerji resurslarına yaxın olmaq istəyir və eyni zamanda ABŞ-dəki erməni diasporunu və mühafizəkar dini dairələri razı salmaq üçün, heç olmasa, Ermənistana “dəstək verdiyi” görüntüsü yaratmaq niyyətindədir”.

“Digər tərəfdən, əgər Rusiya Ukrayna müharibəsində qismən də olsa uğur qazansa, bu, ikinci cəbhənin açılması riskini yarada bilər. Lakin bu ssenarinin reallaşması real görünmür, xüsusilə də prezidentlər Tramp və Putinin arasında mövcud olan xüsusi münasibətlər fonunda. Azərbaycan və Ermənistan arasında sülh istiqamətində yaranan dinamika getdikcə güclənir və mən bu prosesin uğurla nəticələnəcəyinə dair olduqca nikbinəm”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600