Zəngəzur dəhlizi və sülh müqaviləsi: ABŞ-nin region siyasətində YENİ MƏRHƏLƏ

media-hightechnic-468x90

“ABŞ özü böyük güc mərkəzidir və güc mərkəzləri ilə əlaqələrini qorumağa çalışır”

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat ABŞ Prezidenti Donald Trampın dünyada nüfuzu gündən-günə artan Azərbaycan və Prezident İlham Əliyevlə yüksək səviyyədə münasibətlərin qorunmasına xüsusi önəm verməsindən danışıb.

Aydın Hüseynov bildirib ki, Trampın Azərbaycana münasibəti həm birinci prezidentlik dövründə, həm də indiki zamanda müsbətdir:
“Bunun səbəbləri var. İlk növbədə, ABŞ özü böyük güc mərkəzidir. Belə olan halda o, güc mərkəzləri, nüfuz dairəsi geniş olan dövlətlərlə əlaqələrini qorumağa çalışır. Trampın Azərbaycana olan marağı ölkəmizin regionda kifayət qədər güclü mövqeyə sahib olması ilə bağlıdır. Azərbaycan bu gün Cənubi Qafqazda güc mərkəzidir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın həm dünyada, həm də regionda nüfuzu daha da artdı. Azərbaycan beynəlxalq layihələri həyata keçirən, dünya siyasəti və iqtisadiyyatı üçün əhəmiyyətli ölkəyə çevrilib. Azərbaycanın qlobal oyunçuya çevrilməsinə mane olan əsas amillərdən biri erməni işğalı idi. Bu maneəni Azərbaycan öz gücü ilə aradan qaldırdı.

Hazırda Ermənistanla sülh müqaviləsinin imzalanmaması regionda müəyyən narahatlıq yaradır. Buna görə də Tramp sülh müqaviləsinin bağlanması tərəfdarıdır. Ən azından əməkdaşlıq edən hər bir ölkə istəyər ki, bütün risklər aradan götürülsün.

Eyni zamanda, Zəngəzur dəhlizinin açılması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu, beynəlxalq əlaqələrin bərpası və möhkəmləndirilməsi deməkdir. Həmçinin biz öz tarixi torpaqlarımız sayəsində Naxçıvanla quru əlaqəmizi bərpa edəcəyik. Bu bizim tarixi və təbii hüququmuzdur və buna nail olacağıq.

Bu məsələnin sürətləndirilməsi iqtisadi baxımdan da vacibdir. Şərq və Qərb arasında ticarət əlaqələrinin genişlənməsi üçün geniş imkanlar yarana bilər. Bu sahədə ABŞ da öz mövqeyini nümayiş etdirmiş oldu. Görüş yüksək ehtimalla nəticəli olacaq.

Görüşün nəticəli olması üçün Azərbaycanın irəli sürdüyü iki mühüm risk aradan qaldırılmalıdır – Ermənistanın konstitusiyasında dəyişiklik edilməlidir, ATƏT-in Minsk qrupunun ləğvi təmin olunmalıdır.

Qalan 17 bənd üzrə razılıq artıq var. Lakin bu razılaşmalar olsa belə, Ermənistan ərazi iddialarından əl çəkməzsə, regionda davamlı sülhdən danışmaq mümkün deyil, yalnız müvəqqəti xarakter daşıya bilər. Sadalanan faktorların aradan qaldırılması regionda tam, dayanıqlı və davamlı sülh deməkdir ki, buna da nail olunacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa