!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzur uğrunda SAVAŞ: “Hədəf Ermənistanı Rusiyanın orbitindən çıxarmaqdır”

!Reklam – Yazi

“Zəngəzur uğrunda Rusiya və ABŞ arasında mübarizə dərinləşir”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistana gələn ABŞ hərbçilərinin Zəngəzura gətilməsinin pərdəarxası məqamlarından danışan politoloq Turan Rzayev deyib.

Onun sözlərinə görə, yayılan bu xəbərin rəsmi hər hansı mənbəyi bilinmir.

“Lakin etiraf etmək lazımdır ki, Qərbin Ermənistana gəlişi etap-etap olsa da həyata keçirilir. Hətta Avropa İttifaqının “mülki missiyası”nın Ermənistana gəldiyi gün belə bu missiyanın tərkibinin getdikcə artacağı bəlli idi. Məqsəd isə hər kəsə aydındır, hədəf Rusiyadır. Ermənistanı Rusiyanın orbitindən çıxarmaq”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, hazırda regionda kommunikasiya xəttləri uğrunda mübarizə genişlənib.

“Bunlardan ən mühümü və strateji xarakter daşıyanı məhz Zəngəzur dəhlizidir. Burada kimin qoşunlarının yerləşəcəyi, nəzarətin kimdə olacağı onun taleyini müəyyənləşdirir. Eyni zamanda, nəzarətin kimdə olması isə söz sahibinin kim olacağını bəlli edəcək.

Zəngəzur uğrunda Rusiya və ABŞ arasında mübarizə dərinləşir. ABŞ addımları ilə bir addım irəlidədir. Rusiya yəqin ki, səssiz qalmayacaq və cavab tədbirləri görəcək. Çünki İran-İsrail münaqişəsi fonunda ABŞ-nin diqqəti heç bir halda tam olaraq Cənubi Qafqazda cəmlənə bilməz”, – deyə politoloq bildirib.

Həmçinin o, məsələnin Azərbaycan-ABŞ münasibətlərinə təsirindən danışarkən hazırda hər iki tərəf arasında müəyyən razılıqların olduğunu qeyd edib:

“Söhbət Zəngəzur dəhlizi məsələsidirsə bu, hər iki tərəfin maraqlarına uyğundur. Lakin sülh proseslərində ABŞ-nin sərgilədiyi mövqe hələlik qane edir. Ancaq prinsip etibarilə dəhlizin nəzarətinin xarici qüvvələrdə olması ilə barışa bilmərik. Böyük ehtimalla, bir müddət sonra Bakının narazılığı müşahidə ediləcək. Əgər olmazsa, bu, ABŞ və Azərbaycan arasında gizli sazişin olduğundan xəbər verir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv