!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəngəzurda AVTOMOBİL QƏZASI: 4 nəfər yanaraq öldü

!Reklam – Yazi

Ermənistanın Sünik (Zəngəzur – red.) rayonunda çərşənbə axşamı 4 nəfərin ölümü ilə nəticələnən iri avtomobil qəzası baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd olunur ki, martın 19-da saat 05:30-da İrəvan-Meğri yolunda “VAZ” və “Opel” markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən “VAZ” markalı avtomobildə yanğın baş verib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları gəlib.

Yanğınsöndürənlər və xilasedicilər yanğını söndürüb. Onlar avtomobilin içərisində 4 yanmış meyit tapıblar.

Qəza nəticəsində bir nəfər Sisian tibb mərkəzinə aparılıb.

Məlumata görə, VAZ sürücüsü Cermuk polis şöbəsində işləyib. Ölənlər onun həyat yoldaşı, uşağı və qohumudur.

Xuraman Etibarlı

www.yenicag.az

150
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv