Zəvvarların çantalarında insan skeletləri aşkarlandı - FOTO

media-hightechnic-468x90

İranlı zəvvarların çantalarında insan skeletləri aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

Özləri ilə kişi və qadın skeletləri daşıyan iki iranlı zəvvar polis qüvvələri tərəfindən müəyyən edilib.

Məlumata görə, skeletlər 28 və 6 il öncə ölən insanlara məxsusdur.
Saxlanılan iranlılar skeletlərin valideynlərinə məxsus olduğunu deyiblər. Onların sözlərinə görə, ata və anası İraqda dəfn olunmaları barədə övladlarına vəsiyyət etdikləri üçün onların skeletlərini özləri ilə aparırlarmış.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa