“Zirə” Azərbaycan Kubokunda finala yüksələn ilk komanda oldu

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, yarımfinalın cavab oyununda “Turan Tovuz”la qarşılaşan “Zirə” cütün qalibi olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Lakin ilk qarşılaşmada “qartallar” 2 cavabsız qolla qələbə qazandığı üçün həlledici mərhələyə yüksələn tərəf olublar.

Xatırladaq ki, yarımfinal mərhələsinin digər cavab matçı aprelin 22-də keçiriləcək. “Sabah” “Qarabağ”ı (ilk oyun – 2:2) qəbul edəcək.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05