!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Zirə” Moldovadan qalib qayıdır

!Reklam – Yazi

Avropadakı təmsilçilərimizdən olan “Zirə” bu gün ilk sınağına çıxıb.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisinin rəqibi Moldovanın “Şerif” klubu olub.

Hər iki komanda mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsindən qoşulub. Cütün ilk oyunu Moldovada “Şerif Arena”da baş tutub. Təmsilçimiz meydan sahiblərini 1:0 hesabı ilə məğlub edərək böyük üstünlük əldə edib.

Qeyd edək ki, cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi

11 iyul

21:00. Şerif – Zirə

Baş hakim: Alessandro Dudiç (İsveçrə)

Qol: David Volkov, 89.

Şerif: 16. Əl-Tumi, 8. Fernandes, 10. Badolo, 18. Kyabu (k), 33. Lins De Almeyda, 45. Əyyub Allaş, 50. Behiratçe, 61. Akanbi, 66. Pata, 69. Ademo, 90. Yade
Baş məşqçi: Yuriy Hura
Zirə: 97. Tiaqo Silva, 4. Ruan Renato, 5. Stefan Aka, 8. İsmail İbrahimli, 11. Rüstəm Əhmədzadə, 15. Pyer Zebli, 23. Rafael Utsiq, 29. Ceyhun Nuriyev, 32. Qismət Alıyev (k), 70. İssa Cibrilla, 90. Davit Volkov
Baş məşqçi: Rəşad Sadıqov

COP29

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv