Zlatan İbrahimoviç Azərbaycana gəlir
“Qalatasaray”ın transfer siyahısında yer alan tanınmış futbolçu isveçli Zlatan İbrahimoviç Bakıya gəlir.
Yenicag.az xəbər verir ki, PSJ klubunda oynayan futbolçunun İstanbula gəlmə xəbəri gündəm yaradıb. Onun Atatürk hava limanında çəkilmiş fotosunu qadın azarkeşlərdən biri internetdə yayıb.
“Eurosport”un xəbərinə görə, ulduz futbolçu Stokholmdan Bakıya gəlmək üçün İstanbulda eniş edib. Yəni İstanbula gəlməsinin yeganə səbəbi budur. Bakıya gəlmə səbəbi haqqında isə heç bir məlumat verilməyib.
34 yaşlı İbrahimoviçin Parisin PSJ klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.
Dünyanın ən yaxşı futbolçuları sırasında yer alan ulduz futbolçunu transfer edən klublar indiyədək onun başqa komandaya transfer olunması məqsədilə danışıqları aparmaq üçün 169 milyon avro ödəniş ediblər.
Təcrübəli oyunçu bu mövsümdə 37 rəsmi qarşılaşmada 20 qol vurub.