Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.
Yenicag.az xəbər verir ki, müraciətdə valideynlərə övladlarının zorakılığa məruz qalıb-qalmadığını anlamaq üçün uşaqlarda aşağıdakı əlamətlərin olub-olmamasına diqqət yetirmək tapşırılıb:
– Bədəninin hər hansı bir yerində göyərmə, kəsik, sıyrıq, şişlik qırıq, çıxıq və yaxud yara varsa;
– Bu əlamətləri paltarları ilə gizlətməyə çalışırsa;
– Sağalmayan, səbəbi məlum olmayan yaralar;
– Özünə aid əşyaları itirirsə və evə cırıq paltarlarla gəlirsə;
– Həmişəkindən daha çəkingən, içinə qapanıq, və etinasız, süst olursa;
– Sizinlə və ətrafındakılarla ünsiyyətdən qaçırsa;
– Tək qalmağa meyillidirsə;
– Başqalarına inanmırsa;
– Məktəbə getmək istəmirsə, dərsdən qaçırsa;
– Yuxusunda və iştahında dəyişikliklər varsa
– Yatağını islatma, kəkələmə və nitqində ilişmə, gecə kabusları varsa,
– Təhsil naliyyətlərində geriləmə varsa,
– Anormal sakitlik və ya aqressiv davranma, söz dinləməmək, üsyankarlıq varsa;
– Verdiyiniz suallara yalan cavablar verirsə, hekayələr uydurursa;
– Dinlədiyi musiqidə, çəkdiyi şəkillərdə, yazılarında şiddəti göstərən əlamətlər varsa;
– Vücudunun eybəcər olduğunu, cinsi orqanlarında bir problem olduğunu düşünürsə;
– Oyuncaqları ilə və ya başqa uşaqlarla oynayarkən cinsəllik və zorakılıq ehtiva edən hərəkətlərə üstünlük verirsə, onun zorakılığa məruz qaldığını düşünə bilərsiniz.
www.yenicag.az