Zülfiyyə Xanbabayeva: “Niyə kimisə qısqanım, gecələr yatmayım?”
“Hər şeyin ədəbi-ərkanı olduğu kimi səhnənin də öz ədəbi-ərkanı var”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva “Qonaqcanlı” verilişində deyib.
Sənətçi həyatdakı Zülfiyyə ilə səhnədəki Zülfiyyə arasında fərq olduğunu bildirib:
“Səhnədəki Zülfiyyə ilə həyatdakı Zülfiyyə arasında fərq var. Həyat başqa, səhnə başqa. Hər şeyin ədəbi-ərkanı olduğu kimi səhnənin də öz ədəbi-ərkanı var. Hərənin öz yolu var. Bu, mənim seçdiyim yolumdur. Sadiqəm – özümə, xasiyyətimə, görünüşümə qarşı. Heç vaxt heç vaxt demə, amma düşünürəm bundan sonra heç vaxt özümə xəyanət etmərəm. Mən haradasa, nədəsə, sərhəd qoymağı sevirəm. Hamımızın arasında sağlam rəqabət var. Hər kəs öz yolu ilə gedir. Niyə kimisə qısqanım, gecələr yatmayım. Bir də ki, çatışmayan nəyim var ki, qısqanım?”.
Nehru