!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zülfiyyə Xanbabayevadan SƏMİMİ ETİRAF: “Qaydalara riayət etmirəm”

!Reklam – Yazi

“Qaydalara riayət etmirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva deyib.

Sənətçi sosial media hesabında canlı yayım açaraq, ona ünvanlanan sualları cavablandırıb.

O, heç vaxt qaydara əməl etmədiyini bildirib:

“Qaydalara heç riayət etmirəm. Məsələn, deyirlər, tez yatıb, tez durmaq lazımdır, amma mən gec yatıb, tez dururam, 8 saatlıq yuxumu almıram. Amma aldığım yuxu mənə bəs edir.
Əlbəttə, məni qane etməyən şeylər var. İllərdir efirlərə az-az çıxmışam. Efirlərdən zəng vuranda aylarla vaxtı uzadıram. Sentyabrda deyirəm, oktyabrda çıxacağam. Oktyabrda deyirəm, Yeni il qabağı çıxaram. Sosial şəbəkələr yarandıqdan sonra hərənin öz tribunası var. Məsələn, mən düşünürəm ki, biz artıq asılı vəziyyətdə qalmışıq. Sosial şəbəkələr işimizin bir parçası olub. Bəlkə də ona görə”.

O, suallardan birinə “Mənə heç kim özümdən başqa çərçivə qoya bilməz” deyə, cavab verib.

Nehru

COP29

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv