!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rövşən Lənkəranski ölməyib, sağdır – Açıqlama

!Reklam – Yazi

img1425450Türkiyədə silahlı hücuma məruz qalan Rövşən Canıyevin (Lənkəranski) vəziyyəti ağırdır.

Bu barədə AzVision.az-a İstanbulda yerləşən Şişli Etfal Xəstəxanasından bildirilib.

Məlumata görə, Rövşən Lənkəranski sağdır, onun dünyasını dəyişməsi ilə bağlı məlumatlar doğru deyil.

Xəstəxanadan bildirilib ki, Lənkəranski reanimasiya şöbəsinə yerləşdirilib.

Əlavə məlumat verilməyib.

Qeyd edək ki, İstanbulda Barbaros Bulvarında, otellərdən birindəki toplantıdan dövlət seriya nişanı “90 ND 011” nişanlı avtomobillə ayrılan R.Lənkəranski digər maşınla otelin önünə gələn 2 nəfərin silahlı hücumuna məruz qalıb.

Yerli KİV-də hadisə nəticəsində Rövşən Canıyevin (Lənkəranski) dünyasını dəyişməsi haqda məlumatlar yayılıb.

 

www.yenicag.az

5883
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv