01 “Qarabağ” – “Rakuv” oyununu almaniyalı hakim idarə edəcək

media-hightechnic-468x90

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Rakuv” (Polşa) oyununu almaniyalı hakim idarə edəcək.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, qitə futbol qurumu avqustun 2-də keçiriləcək raundun cavab matçını Sven Yablonskiyə həvalə edib.

Ona Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər. Görüşün dördüncü hakimi funksiyasını Tobias Reyxel yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma Bakı Olimpiya Stadionunda olacaq. “Qarabağ” iyulun 26-da Polşa çempionunun qonağı olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05