İranın İsfahan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində 1 tondan çox narkotik maddə aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bunu İranın İsfahan hüquq-mühafizə orqanının rəisi Mehdi Məsumbeygi deyib.
M.Məsumbeyginin sözlərinə görə, əməliyyat nəticəsində 1 ton tiryək, 10 kq heroin, 2 kq həşiş, 3 kq ekstazi aşkarlanıb.
Məsumbeygi əlavə edib ki, 5 peşəkar narkotik qaçaqmalçısı və 4 ədəd avtomobil saxlanıb.
Polis rəisi 3,5 ay ərzində İsfahan vilayətində 13 tondan çox narkotik maddənin aşkarlandığını deyib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə aşkarlanan narkotik maddələrin 7% artdığını göstərir./Trend/
www.yenicag.az