Hündürmərtəbəli binadan yıxılan uşağı havada tutublar.
Yenicag.az xəbər verir ki, hadisə Qazaxıstanın paytaxtı Astanada baş verib.
10-cu mərtəbədən yıxılan uşağı alt qonşusu havada ikən tutmağı bacarıb.
Məsələ burasındadır ki, azyaşlı evdə tək olub. Qapının bağlı olduğunu gördükdə isə pəncərəyə tərəfə gedib. Pəncərədən asılı vəziyyətdə qalan uşaq ağlamağa başlayıb. Bu zaman onun səsinə eyvana çıxan qonşu uşağı görüb.
Azyaşlı pəncərədən yıxıldığı an qonşusu onu tutmağı bacarıb.
www.yenicag.az