Deputat: “Prezident İlham Əliyevin Şuşadakı mesajları beynəlxalq səviyyədə böyük diqqət çəkir”

media-hightechnic-468x90

 

media-banner_tuq

Bu gün Şuşa şəhərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda 4-cü Şuşa Qlobal Media Forumu keçirilir.

Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı açıq elan edib. Prezident öz çıxışında ölkədə, regionda və dünyada bir çox məsələlər, qlobal problemlər haqqında vacib mesajlar verib.

Prezidentin çıxışını Yenicag.az-a dəyərləndirən Milli Məclisin deputatı Pərvanə Vəliyeva ilk öncə forumun vacibliyindən danışıbmedia-img_9734

“Azərbaycan bu il 4-cüsü keçirilən Şuşa Qlobal Media Forumu vasitəsilə beynəlxalq ictimaiyyətə vacib mesajlar verir.

Əsas mesaj ondan ibarətdir ki, getdikcə daha çox qütbləşən dünyada sülhün möhkəmləndirilməsi üçün dialoq, həqiqət və məsuliyyətli jurnalistika həlledici əhəmiyyət daşıyır. Şuşa artıq beynəlxalq dialoq, əməkdaşlıq və fikir mübadiləsi ilə assosiasiya olunur. Forum həmçinin Azərbaycanın açıq müzakirələr vasitəsilə dezinformasiyaya qarşı mübarizəyə və birbaşa ünsiyyətin təşviqinə verdiyi önəmi nümayiş etdirir.

50-dən çox ölkədən media nümayəndələrinin, ekspertlərin və rəsmi şəxslərin iştirakı Forumun beynəlxalq nüfuzunun və etibarlılığının artdığını göstərir. Bu, Azərbaycanın artıq regional və qlobal məsələlərin müzakirə olunduğu mühüm beynəlxalq platformalardan birinə çevrildiyini təsdiqləyir.”

P. Vəliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında verdiyi önəmli mesajlara toxunub:

“Prezident İlham Əliyev Forum zamanı regional və beynəlxalq məsələlərə dair geniş çıxış etdi. Onun bir çox fikirləri forum vasitəsilə hər zaman beynəlxalq səviyyədə çox diqqət çəkir.

Düşünürəm ki, Prezidentin Cənubi Qafqazda sülh prosesi, regional nəqliyyat və kommunikasiya layihələri, eləcə də suverenlik və ərazi bütövlüyünə hörmətin vacibliyi ilə bağlı fikirləri çox diqqət cəlb etdi. Dövlət Başçımız təkcə regionumuz üçün deyil, beynəlxalq hüquq, təhlükəsizlik və münaqişələrin həlli baxımından da aktual mövzulara toxundu.

Bu cür platformalar son dərəcə vacibdir. Müasir informasiya mühitində dövlətlər yalnız ənənəvi diplomatik kanallarla kifayətlənə bilməzlər. Belə forumlar hökumətlərə, ekspertlərə və jurnalistlərə açıq fikir mübadiləsi aparmaq, yanlış təsəvvürləri aradan qaldırmaq və hadisələri birbaşa mənbədən almaq imkanı yaradır. Bu gün Forum artıq jurnalistikanın gələcəyi, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və sülh quruculuğu kimi qlobal mövzuların müzakirə olunduğu nüfuzlu beynəlxalq platformaya çevrilib. Hər il iştirakçıların coğrafiyası genişlənir və müzakirə olunan mövzuların əhatə dairəsi artır.

Bu, Azərbaycanın müxtəlif tərəfləri bir araya gətirərək qlobal və regional məsələlərin müzakirəsinə töhfə verən ölkəyə çevrildiyini göstərir. COP29, Bakı Qlobal Forumu və Şuşa Qlobal Media Forumu kimi beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq əməkdaşlıq mövzusunda fəal rol oynadığını nümayiş etdirir.

Bu gün belə dialoq dünyaya əvvəlkindən daha vacibdir. Dezinformasiyanın sürətlə yayıldığı və geosiyasi gərginliyin artdığı bir şəraitdə jurnalistlərin siyasi liderlərə birbaşa suallar verməsi, liderlərin isə mövqelərini vasitəçilər olmadan izah etməsi şəffaflığı artırır, etimadı möhkəmləndirir və beynəlxalq ictimaiyyətin daha dolğun məlumat əldə etməsinə imkan yaradır.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05