10 kənd qazla təmin olunub

media-hightechnic-468x90

qazimg_2908Bu gün respublikanın 6 rayonunda daha 10 kəndə təbii qaz verilib.
Neftçala rayonunun Kürqarabucaq kəndinə təbii qazın ilk dəfə verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, 248 abonentlik kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 min 240 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 60 ədəd siyirtmə, 2 ədəd qaztənzimləyici şkaf, 248 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Zərdab rayonunun Yarməmmədbağı və Lələağacı kəndlərinə də ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş mərasimdə qeyd olunub ki, ümumilikdə 379 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 29 min 735 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 30 ədəd siyirtmə, 2 ədəd qaztənzimləyici şkaf, 379 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Qusar rayonunun Kufoba və Qullar kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirdə isə bildirilib ki, ümumilikdə 185 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22 min 742 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 185 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bu gün Ağstafa rayonunun Pirli kəndinə təbii qazın verilişi də bərpa olunub. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd edilib ki, 280 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 20 min 525 metr olan muxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 280 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bərdə rayonunun Körpüsındıran və Şirvanlı kəndlərinin yenidən təbii qazla təchiz edilməsi münasibəti ilə keçirilmiş tədbirdə vurğulanmışdır ki, ümumilikdə 626 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 28 min 302 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 47 ədəd siyirtmə, 626 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Ağsu rayonunun Qasımbəyli və Dədəli kəndlərinə də təbii qazın verilişi bərpa olunmuşdur. Bununla əlaqədar keçirilmiş mərasimdə bildirilmişdir ki, ümumilikdə 80 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 10 min 332 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 4 ədəd siyirtmə, 80 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

(azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600