13 yaşlı məktəblini motosikletlə vurub qaçdı - Bakıda

media-hightechnic-468x90

Bakının Nəsimi rayonunda məktəblini motosiklet vuraraq qaçıb.

Yenicag.az xəbər verir ki, hadisə 13 yaşlı Hüseynov Kənan Elçin oğlu Puşkin küçəsində yolu keçmək istəyən zaman baş verib.

Hadisəyə yüksək sürət səbəb olub. Adı hələlik məlum olmayan sürücü xəsarət alan piyadanı hadisə yerində qoyaraq qaçıb. Ətrafdakıların köməkliyi ilə yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya yerləşdirilib. Həkimlər yeniyetmənin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Polisdən verilən məlumata görə, K.Hüseynov orta məktəb şagirdidir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600