133 nəfər edam ediləcək
İndoneziyada 133 nəfər edam ediləcək.
Yenicag.az aznews-a istinadən xəbər verir ki, bu barədə İndoneziya Hüquq və İnsan Haqları bürosunun rəhbəri Yasonna H. Laoly məlumat verib.
O, 57 nəfərin narkotik satışı və istifadəçisi, 2 nəfərin terrorla əlaqəsinin olduğu, digərlərinin isə müxtəlif cinayət törətdikləri üçün edam ediləcəyi barədə danışıb.
İndoneziyada Vyetnam, Niderland, Braziliya, Nigeriya və Malaziya vətəndaşlarından ibarət 6 nəfərlik qrupa narkotik satışı ilə məşğul olduğu üçün edam cəzası verilib.
Bununla bağlı sözügedən ölkə nümayəndələri İndoneziyaya qarşı sanksiyaların tətbiq edilməsi barədə təklif irəli sürüblər.