Çətin duruma düşən ƏMƏKDAR ARTİST: “Bu da bir sınaqdır”
“Ən çətin anımda yanımda yalnız bir nəfər oldu…”
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Sarıyeva “Xəzər axşamı”nda deyib.
Hər zaman tələbələrinin yanında olan, onlara dəstək olan müğənni çətin zamanında köməyinə doğmasından başqa heç kimin gəlmədiyini bildirib. O, bunu “həyat dərsi” kimi dəyərləndirib:
“Bu ərəfədə çətin vəziyyətə düşdüm. Bir nəfər adam ortaya çıxmadı ki, dadıma çatsın. Tək bircə bacım oğlu Rza çatdı. Mənə mənəvi dayaq oldu. Adamın bəzən sınaq dövrü olur. O qədər düşmüşük o vəziyyətə. Allah bir sınaq verir bizə, deyirik eybi yox, bu da bizə bir dərs olsun. Həyat mənə sınaq verir, düşürəm, qalxıram”.
Nehru













