15 dərəcə isti olacaq
Aprelin 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova açıqlamaısnda bildirib ki, səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru yağı yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 11-19, dağlarda gecə 0-5, gündüz 6-11 isti olacaq.