ABŞ-də Maduronun məhkəmə tarixi açıqlandı
Nyu-York məhkəməsində Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin işi üzrə növbəti iclas keçirilib.
Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, təxminən 20 dəqiqə davam edən iclasda əsasən məhkəmə prosesinin qrafiki müzakirə olunub. Hakim Elvin Hellerstayn işə mahiyyəti üzrə baxışın 1 iyun 2027-ci ildə başlanmasına qərar verib.
Məlumata görə, Nikolas Maduro və Siliya Flores məhkəmədə həbs geyimində iştirak ediblər və heç bir bəyanat verməyiblər. İclasdan sonra onların 2026-cı ilin yanvarından saxlanıldıqları Bruklin həbsxanasına qaytarılacağı gözlənilir.
Xatırladaq ki, 3 yanvar 2026-cı ildə ABŞ Venesuelada həyata keçirdiyi əməliyyat zamanı Nikolas Maduro və həyat yoldaşını saxlayaraq ölkədən çıxarıb. Onlar 5 yanvar tarixində Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəməsinə çıxarılıblar. Cütlük narkotik ticarətində iştirakda ittiham olunur. Maduro və həyat yoldaşı ittihamları qəbul etməyiblər. Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini icraçı prezident Delsi Rodriges həyata keçirir.













