“16-17 yaşlılar da səfərbərlik planına düşə bilər” – Valideynlər uşaqları ölkədən ÇIXARIR

media-hightechnic-468x90

“Öhdəliklərin yerinə yetirilməməsi Ukraynanın müdafiə qabiliyyətini zəiflədib”.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna münaqişəsinin çıxılmaz vəziyyətini şərh edən Ukrayna Ali Radasının keçmiş deputatı Spiridon Kılınkarov deyib.

O, bildirib ki, ABŞ bu qarşıdurmanın maliyyələşdirilməsi və silah təminatı məsələsində məsuliyyəti faktiki olaraq UkraynanınAvropa İttifaqının üzərinə qoyub.

Kılınkarov qeyd edib ki, Ukrayna silah çatışmazlığından, Avropa İttifaqı isə işçi qüvvəsinin yetərsizliyindən əziyyət çəkir. Bu qarşılıqlı öhdəliklərin yerinə yetirilməməsi Ukraynanın müdafiə qabiliyyətini zəiflədib və ciddi çətinliklər yaradıb.

“Ukraynada səfərbərlik prosesinin ləng və məcburi şəkildə həyata keçirilir. Əhali arasında motivasiya son dərəcə aşağıdır. Çox insanlar səfərbərlik prosesinə qarşı müqavimət göstərirlər. TRSSC adlanan Qəbul və Sosial Dəstək Ərazi Mərkəzlərinin fəaliyyətinə sabotajlar edilir. Bu qurumlar Ukrayna Silahlı Qüvvələrinin strukturuna daxildir və Ali Baş Komandanlıq tərəfindən idarə olunur. Eyni zamanda, orduya könüllü cəlbetmə məqsədilə 18-24 yaş arası gənclərə maliyyə və digər güzəştlər təklif edilsə də hökumət bu vədlərə tam əməl etmir. Nəticədə gənclər hərbi xidmətə maraq göstərmirlər. Səfərbərlik planlarının həyata keçirilməsi isə ciddi problemlərlə üzləşir”, – deyə o qeyd edib.

O, Ukraynadakı demoqrafik böhran və müdafiə sektorunda geniş yayılmış korrupsiyanı da önə çəkib.

“Brovarı bölgəsində səfərbərlik mərkəzinin rəhbəri cəmi iki il yarım ərzində bir milyon dollardan çox vəsait əldə edib ki, bu da sistemli korrupsiyanın mövcudluğuna dəlalət edir. Eyni zamanda, 16-17 yaşlı məktəblilər gələcəkdə səfərbərliyə cəlb oluna biləcək yaş qrupudur. Lakin bu yaş kateqoriyasına daxil olanların sayı azalır. Valideynlər həm oğlan, həm də qız övladlarını ölkədən çıxarmağa çalışır. Bu, Ukraynanın demoqrafik vəziyyətini fəlakətli həddə çatdırır”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600