!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

16 yaşlı gəlinin dəhşətli qətli - ŞOK FAKT

!Reklam – Yazi

Masallıda baş verən dəhşətli qətllə bağlı təfərrüat açıqlanıb.

Yenicag.az xəbər verir ki, qızın atası İbrət Qəmbərov Ərkivan qəsəbəsindəndir. Məlumata görə, İbrətin digər arvadı da olub. Qətlə yetirilən qızın anası ilə isə rəsmi nikah olmadan yaşayıb. Onlar bir ildən artıq bir yerdə yaşadıqdan sonra ayrılıblar. Qətlə yetirilən Fatimənin anası İbrətdən boşandıqdan sonra Bakı şəhərinə ərə gedib, Fatimə isə Həsənli kəndində, nənəsinin himayəsində yaşayıb.

Fatimə Qəmbərova ötən dərs ilində Həsənli kənd tam orta məktəbini bitirib. Müəllimlərinin bildirdiyinə görə, o, dərslərini yüksək səviyyədə bilməsə də, çox sakit, tərbiyəli bir şagird olub.

Ötəl ilin oktyabrında anası təkidlə onun məktəbdən azad olunmasına xahiş edib. Səbəb kimi də onu göstərib ki, Fatimənin ana babası Rusiyada yaşayır, bunlar da onun yanına köçür. Nəhayət, 2019-cu il noyabr ayının 1-də ananın təkidi ilə Fatimənin məsələsi məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib. Bundan əvvəl isə ailə təkidlə Fatimənin 9-cu sinfi bitirməsi haqqında attestatı məktəbdən alıb.

Fatimə məktəbdən azad edildikdən 2 ay sonra, yanvar ayının 5-də Masallı Şadlıq zallarının birində onun üçün qız toyu olub, yanvarın 10-da isə oğlan üçün – İman üçün Çaxırlı kəndindəki “Möcüzə” Şadlıq Sarayında toy edilərək qızı ər evinə, Təklə Ərazi Dairəsinin Xoşçobanlı kəndinə köçürdüblər.

Fatimınin ərə getdiyi 19 yaşlı oğlan kənddə sakit gənclərdən biri sayılıb. Boyu balaca olduğu üçün hərbi xidmətə aparılmayıb. Daha sonra Sumqayıt şəhərindəki kollecin əyani şöbəsinə daxil olub və orada oxuyurmuş. Onun əmisi kənddə dinin icmanın rəhbəridir.

Xoşçobanlı kəndindən verilən məlumata görə, səhər tezdən kəndə xəbər yayılıb ki, Fatimənin ciddi qızdırması var, komaya düşüb. Onu oğlanın dayısının maşınında təcili Masallı Mərkəzi Xəstəxanasına aparıblar. Yolda onun vəziyyəti daha da ağırlaşıb.

Bəzi, tam dəqiqləşdilimiməmiş məlumata görə, qızın əvvəldən bəzi xəstəlikləri də olub. Hətta, bu xəstəliyə görə həkimlər onun ailə qurmasını məsləhət bilməyiblər. Yanvarın 28-də axşam ailə zəminində qızla oğlan arasında mübahisə olub. Sonra mübahisə dava-dalaşa çevrilib.

İman ailənin 3 övladından biridir. Özündən kiçik 2 bacısı var. Atası Təklə stansiyasında maşın ehtiyat hissələri satır. Anası tibb işçisidir. Hadisə baş verən gün səhər çağı Sumqayıta gedib ki, oğlu üçün ayrıca ev tutsun ki, İman ailəsini, Fatmanı yanına apara bilsin. Əksəriyyət bu ailəni olduqca sakit, təbiyəli ailə kimi tanıyır. Heç kim İmanın Fatiməni öldürdüyünə inanmaq istəmir.

Hələ ki, hadisənin dəqiq detalları bəlli deyil.

Fatma sabah dəfn olunacaq./Cənubxəbərləri/

COP29

www.yenicag.az

1100
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv