Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də 18 cinayətin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Xuliqanlıq üzrə 11, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 5 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 38 nəfər saxlanılıb.
İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.
www.yenicag.az