18 yaşlı tələbəni maşın vurdu - Gəncədə  

media-hightechnic-468x90

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin şərq çıxışında, avtovağzalın yaxınlığında qeydə alınıb. Yevlax rayon sakini, Mingəçevir Turizm Kollecinin tələbəsi, 2000-ci il təvəllüdlü Əlizadə Rəhman Zaur oğlu işlədiyi yerdən çıxıb yolu keçmək istəyərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. O dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600