19 yaşlı qız evində ÖLÜ TAPILDI

media-hightechnic-468x90

Türkiyənin Kayseri vilayətinin Kocasinan rayonunda 19 yaşlı qadın evində ölü tapılıb.

Yenicag.az xəbər verir ki, qadının sevgilisi polisə zəng edərək sevgilisinin narkotik maddə istifadə edib öldüyünü bildirib və evin açarını qaz qutusuna qoyaraq ərazidən uzaqlaşıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları qadının meyitini aşkarlayıb. Ekspertiza zamanı evdə güllə və qan izləri müəyyən edilib.

Mərhumun əmisi oğlu hadisənin qətl olduğunu bildirib. Onun sözlərinə görə, qadın evinin qarşısından zorla aparılıb və ertəsi gün meyiti tapılıb.

Faktla bağlı istintaq davam etdirilir.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600