Cənubi Afrikada bu günədək kəşf edillmiş mikroblardan daha yaşlı mikrob aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Microbial Ecology” elmi jurnalında məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, Cənubi Afrikada yerləşən Buşveld Maqma Kompleksində aparılan araşdırmalar nəticəsində bu günədək kəşf edilmiş mikroblardan 1,9 milyard il daha yaşlı mikrob aşkarlanıb.
15 metr dərinlikdən çıxarılan 30 santimetrlik qaya parçasında aşkarlanan 2 milyard illik mikrob bu yaşdakı qayaların yaşam üçün əlverişli olduğunu da üzə çıxarıb.
www.yenicag.az