Avstraliyada kütləvi güllənmə hadisəsi zamanı 4-ü uşaq olmaqla 7 nəfər ölüb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu, 1996-cı ildən etibarən Avstraliyada qeydə alınan ən kütləvi güllələnmə hadisəsidir.
Ölənlərdən ikisinin meyiti küçədə, daha 5 nəfərin meyiti isə evin içərisində tapılıb. Ehtimala görə, ölənlərin hamısı cinayətin baş verdiyi evdə yaşayanlar olub.
Şübhəlilərin axtarışı aparılmır. Belə ki, polis hadisəni cinayət-intihar kimi nəzərdən keçirir.
Ölənlərin kimliyi açıqlanmır.
Qeyd edək ki, Avstraliya tarixində ən kütləvi güllələnmə hadisəsi 1996-cı ilin aprelində qeydə alınıb. Həmin vaxt 28 yaşlı kişi kafedə müştərilərə atəş açıb. 35 nəfərdən 13-ü ölüb. Cinayətkar 35 il həbs cəzasına məhkum edilib.
www.yenicag.az