!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2018-ci ildə ən populyar kiberhücum metodu açıqlandı

!Reklam – Yazi

İnformasiya təhlükəsizliyinin təmini üçün “Trend Micro” həllər istehsalçısı 2018-ci ildə kibertəhdidlərlə bağlı vəziyyətə həsr edilən tədqiqat dərc edib.

Yeniacg.az “ICTnews”a istinadən xəbər verir ki, hesabat dövründə zərərli internet ünvanlarından istifadə olunaraq edilən, lakin qarşısı alınan hücumların sayı 2017-ci illə müqayisədə 269 faiz artıb. Unikal İP ünvanına malik istifadəçilərin fişinq saytına keçid üçün bloklanmış cəhdlərinin sayında isə 82 faiz artım qeydə alınıb.

Bundan başqa, cinayətkarlar işgüzar yazışmaları ələ keçirməkdə davam edirlər. Sosial mühəndislik metodlarından istifadə edən, tanış vizual tərtibat və məktub konteksti yaradan hakerlər təhlükəsizlik sistemini dəf edərək istifadəçiləri aldatmağa nail olurlar. Belə ki, 2018-ci il ərzində belə hücumlarda 28 faiz artım müşahidə edilib.

Şirkətlərdə tətbiq edilən ofis proqramları da cinayətkarların hədəfinə tuş gəlib. Ötən il aşkarlanan boşluqlar arasında insidentlərin 60 faizi “orta səviyyəli” təhlükə kimi təsnif edilib ki, bu da 2017-ci ildən 3 faiz çoxdur. 2018-ci ildə kritik səviyyəli təhlükəyə malik boşluqların sayı isə 2017-ci ildəki 25 faizdən 18 faizədək azalıb.

Bundan başqa, tədqiqatda fırıldaqçı virusların sayının azalması qeyd olunur: şirkət onların aktivliyinin kəskin (91 faiz) azalmasını bildirir. Lakin “WannaCry” fırıldaqçı proqramı öz mövqeyini qoruyaraq əsas təhlükələrdən biri olaraq qalıb: 2018-ci ildə 600 mindən çox belə kiberhücum aşkarlanıb.

www.yenicag.az

3605
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv