!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

2019-cu ilin ən nüfuzlu şəxsləri - SİYAHI

!Reklam – Yazi

ABŞ-da nəşr olunan “Time” jurnalı 2019-cu ilin 100 ən nüfuzlu şəxsinin siyahısını təqdim edib.

Yenicag.az xəbər verir ki, siyahı tərtib edilərkən nəşrin redaktorlarının, əvvəlki illərdə adları bu siyahıya düşmüş insanların, həmçinin “Time” jurnalında dərc edilən məqalələrin müəlliflərinin rəyi əsas götürülüb.

Bu gün nəşrin saytında həmin şəxslər “Liderlər”, “Artistlər”, “Səcdəgahlar”, “Öncüllər” və “Azmanlar” bölmələri üzrə təqdim olunub.

“Liderlər” bölməsinə ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş naziri Binyamin Netanyahu, Roma papası Fransisk, Çinin dövlət başçısı Si Cinpin, İtaliyanın Baş nazirinin müavini Matteo Salvini, Venesuela müxalifətinin lideri Xuan Quaido kimi şəxslər daxil edilib.

“Artistlər” bölməsində amerikalı aktyor və prodüser Dueyn Consonla yanaşı, Rəmi Malik, Mahirşələ Əli, Emiliya Klark, Recina Kinq, Yalitza Aparisio kimi simalar da var.

“Səcdəgahlar” arasında müğənnilər Teylor Svift və Ledi Qaqa, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın xanımı Mişel Obama, rejissor Spayk Li, rəssam David Hokni, dizayner Pier Paolo Piççoli kimilərin adı çəkilir.

“Azmanlar” arasında İngiltərənin “Liverpul” komandasının və Misirin futbol üzrə yığmasının oyunçusu Məhəmməd Salah olub. Ən nüfuzlu 100 insan siyahısına Salahdan başqa cəmi 4 idmançı daxil edilib: amerikalı Tayqer Vuds (qolf), Cənubi Afrika Respublikasının nümayəndəsi Kaster Semenya (qaçış), yaponiyalı Naomi Osaka (tennis), amerikalı Lebron Ceyms (basketbol) və digər amerikalı Aleks Morqan (futbol).

Siyahıda “Facebook”un təsisçisi və rəhbəri Mark Sukerberq,  ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauellinin də adları var.

 

 

www.yenicag.az

2115
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv