Bu il yüksək inflyasiya ilə mübarizə ilə yadda qalan ABŞ iqtisadiyyatında 2023-cü ildə də tənəzzül risklərinin davam edəcəyi gözlənilir.
Yenicag.az “Anadolu” Agentliyinə istinadən bildirir ki, bu barədə ABŞ-nin böyük bankı “JPMorgan”ın yaydığı təhlildə məlumat verilib.
Belə ki, 2022-ci ildə inflyasiyanın illik 9 faiz zirvəsinə çatdığı ABŞ iqtisadiyyatında bahalaşma ilə mübarizə davam edərkən qiymətlər yüksək qalmaqda davam edir. ABŞ Federal Ehtiyat Sistemi (FED) sərt monetar siyasətlə tələbi soyutmağa çalışsa da, aqressiv faiz artımı mümkün tənəzzülə səbəb ola bilər.
Ekspertlər hesab edirlər ki, gələn yaza qədər inflyasiya mülayimləşməlidir. Çünki 2023-cü il iqtisadiyyat üçün ləng artım və yüksək işsizlik ilə xarakterizə olunan çətin bir il olacaq. 2023-cü ildə iqtisadi artım 1 faizdən aşağı olacaq, məşğulluq artımı ilin ortalarında dayanacaq. Neft qiymətlərinin yüksəlməsi, epidemiyanın yenidən alovlanması və FED-in siyasət quruculuğu ən böyük təhdidlərdəndir.
Gülşən
www.yenicag.az