Çində artan sərnişin tələbatı nəzərə alınaraq, 2035-ci ilədək 216 yeni hava limanı tikilib istifadəyə veriləcək.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Çin 2035-ci ilədək hava nəqliyyatından istifadə edən sərnişinlərin sayına görə ABŞ-ı qabaqlayaraq, qlobal liderliyə yüksələcək.
Beləcə, dünyada hava nəqliyyatından istifadə edən hər 4 sərnişindən biri Çin vətəndaşı olacaq.
Qeyd edək ki, hazırda Çində 234 mülki hava limanı fəaliyyət göstərir.
www.yenicag.az