!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

208 saylı məktəblə bağlı qalmaqal - Sərəncam niyə icra olunmur? (FOTO+VİDEO)

!Reklam – Yazi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində şəhid Nəriman Həmidovun adını daşıyan 208 nömrəli orta məktəbin sökülüb, yenidən tikilməsi məsələsi ilə əlaqədar mətbuat konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, şəhid Nəriman Həmidovun bacısı Səkinə Həmidovanın təşəbbüsü ilə baş tutan tədbirdə şair Teyyub Qurbanov, məktəbin məzunlarından olan Tofiq Bayramın bacısı Svetlana Bayramova da iştirak edib. 2014-cü ildə orta məktəbin sökülərək, yenidən tikilməsi ilə bağlı Bakı Şəhər İcra hakimiyyətinin müvafiq qərarının üç ildən bəri icra olunmaması Bülbülə qəsəbəsinin sakinlərini narahat edir. Belə ki, məktəblilər təhsillərini normal şərtlər altında davam etdirə bilmədiklərindən başqa təhsil ocaqlarına üz tutmalı olurlar. Səkinə Həmidova çıxışı zamanı mətbuat konfransının şikayət və ya etiraz məqsədilə deyil, çağırış xarekterli olduğunu söyləyib:

“80 illik möhkəm təməlləri olan məktəbin yenidən təmir olunmasını və istifadəyə verilməsini xahiş edirik. Məktəbin həyəti olduqca genişdir, onun ətrafında yeni korpuslar da inşa edilə bilər. Bu arzumuzun müəyyən instansiyalara çatdırılmasını istəyirik. Biz heç kimdən şikayətlənmirik. Əgər bu məsələ Suraxanı rayon icra hakimiyyətinin öhdəliyində olsaydı, yəqin ki, çoxdan həll edilmişdi.”

Tədbirə qatılan Svetlana Bayramova Səkinə xanımın fikirləri ilə razılaşmayaraq, verilən qərarın tezliklə icra olunacağına ümid etdiyini bildirib:

“Bu məktəb çoxlu ziyalılar yetirib. Düşünürəm ki, dövlət məktəbin sökülməsi ilə bağlı qərar çıxarıbsa, mütləq məktəb sökülüb, yenidən tikiləcək. Mən konfransın məqsəd və məramını başa düşmədim. Biz bunun dəfələrlə şahidi olmuşuq: 20, 6 və 23 saylı məktəblər də müvafiq qərarlarla sökülərək yenidən tikilib. 20 saylı məktəb ətrafında da bəzi şayiələr dolanırdı, lakin nəticə etibarilə məktəb tikildi və istifadəyə verildi. Hacıbala Abutalıbov da həmin açılış mərasimində iştirak etdi. Həmçinin, qeyd etməliyəm ki, burda heç bir mütəxəssis rəyindən söhbət getmir. Kimsə deyirsə ki, məktəbi bərpa etmək olardı, bu, çox absurd fikirdir. Mən 2005-ci ildə deputatlığa namizədliyimi irəli sürəndə də həmin məktəbin vəziyyəti ilə tanış olmuşdum. Qeyri-mütəxəssislər iddia edirlər ki, məktəbi bərpa etmək, onu söküb yenidən tikməkdən daha asan başa gələcək. Lakin bu fikirlə razılaşmıram.”

Tədbirin digər iştirakçıları bildiriblər ki, sərəncamın icrasının gecikdirilməsi üçün heç bir səbəb yoxdur.

Bu fikrə cavab olaraq Svetlana Bayramova, dövlət büdcəsində yaranan çatışmazlıqlar barədə danışıb. Onun fikrincə, neftin qiymətinin aşağı düşməsi icra prosesində müəyyən gecikmələr yaradır. Bütün bunlar isə vəziyyəti faciəviləşdirməyə əsas vermir.

Konfrans iştirakçıları eyni ssenarinin bir neçə məktəbdə də təkrarlandığını söyləyiblər. İddia olunub ki, Bakı Şəhər İcra hakimiyyəti sökdüyü heç bir məktəbi yenidən tikməyib. Fikir salonda gərginliyə səbəb olub, meriyanın ünvanına müəyyən ittihamlar irəli sürülüb. Hacıbala Abutalıbovun şəhidin adını belə doğru-dürüst ifadə edə bilmədiyi, sökülən məktəblərin icra hakimiyyəti tərəfindən yox, bir çox hallarda Heydər Əliyev fondunun büdcəsi hesabına tikildiyi vurğulanıb.

COP29

www.yenicag.az

3830
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv