22 ildir qumdan tikdiyi evdə yaşayır - VİDEO

media-hightechnic-468x90

Braziliya sakini qumdan ev quraraq 22 ildir onun içində yaşayır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı Marçio Matolias dəniz kənarında böyüyüb və həyatını onun sahilində keçirib.

O, qumdan tikdiyi kiçik qəsrdəki həyatından çox razıdır. İnsanlar onu “Çimərlik kralı” adlandırırlar. Onun taxtı, tacı, hətta “hökmdarlıq əsası” da var.

Matoliasın sevdiyi 3 məşğuliyyəti var – mütaliə, qolf və balıq ovu. Onun qum evində xeyli kitab mövcuddur.

“Kommunal xidmət haqqı və icarə pulu vermirəm. Mənə belə yaxşıdır. Qum istinin qarşısını alır. Bəzən gecələr burda qala bilmirəm və dostumun evində gecələyirəm. Lakin dənizin yaxınlığında yatmaq xoşuma gəlir”, – deyə o bildirib.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600