220 əlilə maddi yardım göstərilib

media-hightechnic-468x90

lenkeran (1)Beynəlxalq Əlillər günü Lənkəranda geniş qeyd edilib. Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə Mərkəzin foyesində əllilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov regionlarda əlillər üçün tikilən çoxmərtəbəli yaşayış binalarından danışıb. O bildirib ki, Lənkəranda 2006-cı ildə Əlillərin Bərpa Mərkəzi fəaliyyətə başlayıb, onların həyat şəraitinin yaxşılaşdırılması üçün 90 nəfər əlil mənzillə təmin olunaraq, 10 nəfər əlil üçün isə fərdi yaşayış evi tikilərək istifadəyə verilib.

Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Maarif Bayramov əlillərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. O bildirib ki, hazırda Lənkəranda 13636 nəfər fiziki sağlamlıqlarını itirən vətəndaş var: “Onlardan bir qismi ünvanlı sosial yardım, digər qismi isə əmək pensiyası alır. Bayramla əlaqədar poçt vasitəsilə 220 nəfərə tərəfimizdən maddi yardım göndərilib”.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən bir qrup əlilə maddi yardım, eyni zamanda, Qızıl Aypara Cəmiyyətinin Lənkəran rayon bölməsi tərəfindən birinci qrup əlillər – Cil kənd sakini Möhübbət Mənsim oğlu Nəsirova və Osakücə kənd sakini Gülşən Mirağa qızı Kazımovaya əlil arabaları verilib.

Sonda tədbir iştirakçıları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

(azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600