3 gün komada qalan Qarabağ qazisi: “Qucağımda şəhid oldu” - VİDEOMÜSAHİBƏ
Tanınmış jurnalist Sara Safuranın təqdimatında Yenicag.az-ın “Zəfər yolu” adlı layihəsinin növbəti buraxılışı Vətən müharibəsi qazisi, ikinci dərəcə əlilliyi olan Cavadzadə Fuada həsr olunub.
Qeyd edək ki, Fuad 1992-ci ildə Bərdə rayonunun Böyük Göyüşlər kəndində anadan olub. Müharibə başlayanda Ağdərə istiqamətində döyüşlərdə iştirak edib.
Qazi hərbçimiz döyüş yolundan və şahidi olduğu dəhşətli hadisələrdən danışıb:
“3 gün komada qaldım. Sonradan bildim ki, yaralarımı sarıyıb məni ölümdən xilas edən döyüşçü yoldaşım özü şəhid olub. Çox dəhşətlər gördüm. Döyüşçü yoldaşım qucağımda gözümə baxa-baxa şəhid oldu”.
Şəhidimiz prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Daha ətraflı videonu təqdim edirik:
Cəvahir
Cavid