Qarabağ Universiteti rektoru tələbə olmaq istəyənlərə müraciət etdi: “Sizə xoşbəxt gələcək vəd edirik”
Qarabağ Universitetinin rektoru Şahin Bayramov Yenicag.az-a videomüsahibə verib.
Rektor Qarabağ Universitetinin 2026/2027-ci tədris ilindən etibarən Türkiyə Respublikasının İstanbul Texniki Universiteti (İTÜ) ilə beynəlxalq ikili diplom proqramına başladığını, iki ali təhsil müəssisəsi arasında əlaqələrin zamanla daha da inkişaf edəcəyini bildirib.
Tələbə adını qazanmaq istəyən gənclərə üzünü tutan Ş.Bayramov onları Qarabağ Universitetini seçməyə dəvət edib:
“Əziz abituriyentlər, dəyərli gənclər. Sizi Qarabağ Universitetinin tələbəsi olmağa dəvət edirəm. Sizi əmin edirəm ki, burada milli dəyərlərimizə sadiq gənclər olaraq formalaşacaqsınız. Sizə verdiyim ən böyük söz odur ki, QarabağUniversiteti sizi xoşbəxt edəcək. Özünün uğurlu və xoşbəxt karyerasını qurmaq istəyənlər Qarabağ Universitetinə gəlsinlər”.













