Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

3 yaşlı xəstə qız üçün yığılan pulu oğurladılar - Bakıda şok olay

Leykozdan əziyyət çəkən azyaşlı qız üçün yığılan pulu oğurlayıblar.

Bu barədə Yenicag.az-a pediatr Günay Rəsulova məlumat verib.

Onun sözlərinə görə, bir nəfər Moskvadan zəng edərək 3 yaşlı Dadaşova Aylin Rəşad qızının müalicə xərclərini qarşılayacağını bildirib. O, bunun üçün Aylinin yaxınlarından bank hesabını, kart nömrəsini soruşub. Bir müddət sonra məlum olub ki, özünü “hacı” kimi təqdim edən şəxs kartda olan pulları mənimsəyib.

Günay Rəsulovanın sözlərinə görə, kartda 5000 manata yaxın pul olub.

Qeyd edək ki, Aylinin atası 2018-ci ilin avqustunda çalışdığı tikintidə yıxılaraq vəfat edib.

Emin Səfərov

www.yenicag.az

4052
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100