3064 vergi ödəyicisi qanunları pozub
Noyabr ayında 3064 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsinin məlumatına görə, 725 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz alınıb-satıldığı və ya dəyişdirildiyi, 652 vergiödəyicisinin xüsusi razılıq (lisenziya) almadan fəaliyyət göstərdiyi müəyyən edilib. Ay ərzində 35 vergiödəyicisinin 45 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi, 251 vergiödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 32 vergi ödəyicisində 322 ədəd aksiz markaları ilə markalanmayan mal olduğu qeydiyyata alınıb.
Aşkar edilmiş nöqsanlarla bağlı tədbirlər görülüb. (qafqazinfo.az)