!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

317 nəfərin deputatlığa namizədliyi qeydə alındı

!Reklam – Yazi

_msk_bina_main8Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 1560 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.

Bunlardan 560 nəfər siyasi partiya, 60 nəfər siyasi blok, 3 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb, 937 nəfər öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb. 1461 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onların 1352-nə imza vərəqələri verilib.

İclasda, həmçinin bildirilib ki, 317 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 123 nəfəri 13 siyasi partiya tərəfindən, 94 nəfəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

MSK-da 108 nəfər müşahidəçi akreditasiyadan keçib. Onlardan 97-si fərdi qaydada müraciət edib, 10 nəfər QHT tərəfindən müraciət edib, 1 nəfər isə xüsusi icazə almış müşahidəçidir(trend).

www.yenicag.az

641
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv