34 yaşlı qadın hamamda dəm qazından boğularaq öldü
Şəkidə qadın dəm qazından boğularaq ölüb.
Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Suçma kəndində baş verib.
Belə ki, 34 yaşlı rayon sakini Yenigül Mənafova yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Oxu/













