40 yaşlı qadın 29 yaşlı qaradərili modelə çevrildi – Müəmma – Yenicag.Az

Reklam

Reklam

Almaniyadan olan 29 yaşlı model Martina Blondun əsl yaşı üzə çıxıb.

Yenicag.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, qaradərili model tonal kremli inyeksiya vasitəsilə dərisinin rəngini dəyişib.

Alman qəzeti “Bild” modelin uşaqlıq şəkillərini dərc edib. Burada azyaşlı Blond 1977-1978-ci il təvəllüdlərində olan yaşıdlarının əhatəsində dayanır. Əgər təqdim olunan şəkillər saxta deyilsə, o zaman model hazırda 40 yaşdan daha yuxarı olmalıdır.

Martina Blond bədəninin tədricən afrikalı bədəninə çevrilməyə başladığını bildirib:
“Qaynaq saçlarımı çıxarmaq üçün gözəllik salonuna getmişdim. Prosedurdan sonra saçlarımın tündləşdiyini, hətta struktur olaraq da afrikalıların saçına bənzədiyini hiss etdim”.

Modelin sözlərinə görə, onun gözlərinin rəngi də təbii şəkildə dəyişib: “Və bu yalnız bir neçə nəzərəçarpan əlamətlərdir. Əgər proses belə uğurla davam etsə, tezliklə qaradərili qadın olacam. Bu, gözəl hissdir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 983
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.